Yaponiyada qasırğa həyatı ifliç edib

Yaponiyada  1993-dən sonra son 25 ilin ən güclü tayfunu olan Cebi təhlükəsi  həyatı  ifliç  edib.

japonya jebi tayfunu.JPG

Bu gün səhər saatlarında ölkənin qərbində təsirini göstərməyə başlayan qasırğa səbəbilə bəzi təyyarə və qatar səfərləri təxirə salınıb, Osakadakı park və ticarət müəssisələri, iş yerləri bağlanıb. Osaka, Kyoto, Nara və Vakayamada ümümilikdə 600 yerli və xarici təyyarə səfəri ləğv edilib.

Qasırğanın   5  sentyabra  qədər   davam  edəcəyi   proqnozlaşdırılır.   



Әlaqәli Xәbәrlәr