İstanbul əcnəbi toylarının bir nömrəli ünvanı oldu

Türkiyəyə xaricdən gələn bir çox cütlük İstanbul Boğazındakı lüks məkanlarda toy edərək evlilik həyatına qədəm basırlar.

1033476
İstanbul əcnəbi toylarının bir nömrəli ünvanı oldu

Türkiyəyə xaricdən gələn bir çox cütlük İstanbul Boğazındakı lüks məkanlarda toy edərək evlilik həyatına qədəm basırlar.

Toy mərasimlərinin büdcələri isə 2-17 milyon Türk Lirəsi arasında olur.

Xüsusiləd də, Orta Şərq ölkələrindən olan cütlüklər bir ömür boyu davam edəcək xoşbəxtliyə "hə" demək üçün Boğazın əvəzolunmaz atmosferini seçirlər.

Son dövrdə Boğazdakı hotel və yalılarda təşkil olunan təmtəraqlı toy mərasimlərinin xərci milyon dollarlarla hesablanır.

İstanbula üstünlük verilməsinə təsir edən ən böyük faktor isə bu gözəl şəhər haqqındakı uğurlu təqdimatlardır.

Türk serialllarının bu istiqamətdəki böyük rolu da danılmazdır.

Hindistandan gələn cütlüklərin toyları ilə başlayan trend iranlı və livanlı cütlüklərin də pul kisələrinin ağzını açması ilə davam etdi.

Orta Şərq ölkələrindən olan gəlin və bəylər yalnız məkan üçün 2 milyon lirəni gözdən çıxarırlar.

Bu yay mövsümündə keçirilən ən yüksək büdcəli toy mərasimi 17 milyon lirəyə başa gəlib.

Mərasimlərdə ailələrin vazkeçilməz tələbi isə xidmətin öz mədəniyyətlərinə, adət və ənənələrinə  uyğun şəkildə verilməsidir.

 



Әlaqәli Xәbәrlәr