Dünyada 40 milyon 300 min "müasir qul" var

Azad Yürü Fondunun (Walk Free Foundation) Qlobal Köləlik İndeksi Hesabatı müasir dövrdə kölə həyatının inkişaf etmiş ölkələrdə daha çox olduğunu ortaya çıxarıb.

Dünyada 40 milyon 300 min "müasir qul" var

  Dünyada 40 milyon 300 min "müasir qul" və bunun 400 mindən çoxunun Amerika Birləşmiş Ştatlarında olduğu təxmin edilir.

  Azad Yürü Fondunun (Walk Free Foundation) Qlobal Köləlik İndeksi Hesabatı müasir dövrdə kölə həyatının inkişaf etmiş ölkələrdə daha çox olduğunu ortaya çıxarıb.

  Hesabatda yazılır:

  “Müasir köləlik - insan alveri, zor tətbiqetmə, borc əsarəti, zorla evləndirmə, cinsi istismar, uşaqların satılması və istismarı deməkdir.

  İnkişaf etmiş ölkələrdə müasir qulların sayı düşünüləndən daha yüksəkdir. Məsələn, ABŞ-da 403 min müasir qul olduğu düşünülür. Çünki bu ölkədə hər 800 nəfərdən biri özünü müasir qul hesab edir.

  İngiltərədə isə 136 min müasir qul var.

  Avstraliya ilə Fransa və digər Avropa ölkələrində də müasir qul sayı artıb.

  Hər 10 nəfərdən biri zorla çalışdırılır. Bu baxımdan Şimali Koreyada 2 milyon 600 min müasir qul var. Ondan sonra Eritreya, Burundi, Orta Afrika Respublikası və Əfqanıstan gəlir.

   Hindistanda isə 2016-ci ildə 18 milyon 400 min olan müasir qul sayı 8 milyona düşüb”.



Әlaqәli Xәbәrlәr