Taksi sürücüləri "Biz də ətək geyərik” deyə cavab verdilər

İspaniyanın şimal-qərbi Qalisiya bölgəsinin Viqo şəhər bələdiyyəsi taksi sürücülərinin sükan başında qolsuz köynək, idman geyimi, şortik və barmaqarası tərlik geyinməsinə qadağa qoyan qərar hazırlayır.

Taksi sürücüləri "Biz də ətək geyərik” deyə cavab verdilər

  İspaniyanın Viqo şəhərindəki taksi sürücüləri sükan arxasında şortik və tərlik geyinməyə qadağa qoyan qərarı çıxarmağa hazırlaşan bələdiyyəyə “Biz də ətək geyinərik” dyeə cavab verdilər.

  İspaniyanın şimal-qərbi Qalisiya bölgəsinin Viqo şəhər bələdiyyəsi taksi sürücülərinin sükan başında qolsuz köynək, idman geyimi, şortik və barmaqarası tərlik geyinməsinə qadağa qoyan qərar hazırlayır.

  Ölkədə ən yüksək istilərin başladığı iyul ayında veriləcək qadağa hazırlığı taksi sürücülərinin üsyanına səbəb olub.

  “La Voz de Galicia” qəzetində yazılıb: “Taksi sürücülərinn bəziləri: “Konstitusiyada qadağan olunmadığına görə biz də ətək geyinərik”, - deyərək geyim yasağına etiraz bildiriblər”.

  Bəzi sürücülər isə, heç olmasa, isti yay boyu şortik geyməyə davam etmələrini təmin edəcək bir razılaşma istəyir.

  “ELite Taxi de Vigo” adlı Taksi Sürücüləri Birliyinin sədri Roberto Kostas isə yerli rəhbərliyə yumşaldıcı qərarlar verməsini təklif edib.

  Xatırladaq ki, İspaniyanın turizm mərkəzlərindən Mayorkada da ilbaşında çıxan “yayda şortik geyinənlərin işlərinə davam etməyəcəyi” qərarı taksi sürücülərinin etirazlarına səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr