Futbol komandasının üzvləri hələ də tapılmadı

Tailandın Çianq Ray (Chiang Rai) şəhərində səfərə çıxan 16 yaşdan aşağı futbol komandasının üzvlərindən neçə gündür ki, xəbər yoxdur.

1001509
Futbol komandasının üzvləri hələ də tapılmadı

  Səfər çərçivəsində Tem Luan (Tham Luang) mağarasına gedən 12 oyunçu və komandanın məşqçisi leysan yağışdan sonra yaranan selə görə mağaraya girib, çıxa bilməyib.

  Futbolçuları tapmaq üçün aparılan xilasetmə işləri leysan yağış və su səviyyəsinin yüksəltməsilə əlaqədar dayandırılıb.

  Axrarma-xilasetmə işlərini koordinasiya edən Tailand ordusunun general-leytenantı Bança Duriyapat (Bancha Duriyapat) deyib: “Gecə boyu davam edən yağış mağaranın içindəki su səviyyəsini yenidən yüksəldib. Elektrik cərəyanı təhlükəsiylə də əlaqədar su çıxarma nasoslarını bağlamaq məcburiyyətində qaldıq. Çünki bunlar mağaranın içindəki axtarma işlərini çətinləşdirir…  Amma Tailand dəniz desantlarıyla yanaşı İngiltərədən mütəxəssis mağara dalğıcları və ABŞ ordusundan 30 nəfərlik qrup bütün bu çətin şərtlərə baxmayaraq, hələ də mağara içində axtarışları davam etdirir.”

  Qeyd edək ki, mağaranın içindəki su səviyyəsi saatda orta hesabla 15 santimetr artır.

  Xilasetmə qrupları mağaranın xaricində də yeni girişlər tapmaq üçün işlər aparır.

  Beləliklə, xilasetmə qruplarının axtarışlarına baxmayaraq, 13 futbolçu hələ də tapılmayıb.



Әlaqәli Xәbәrlәr