Çardaqda tapılan güldan rekord qiymətə satıldı

Fransada  çardaqdan tapılan   və  Sin sülaləsindən olan imperatorun dövrünə aid  olduğu  ifadə  edilən   əntiq  güldan  hərracda   16.2  milyon  avroya  satıldı.

Çardaqda tapılan güldan rekord qiymətə satıldı

 BBC-nin   məlumatına  görə   güldan Fransanın  paytaxtı  Parisdəki  Sotbi hərrac evində  satılıb.  

Üzərində şam ağacları fonunda quşlar və marallar təsvir  olunan  əntiq əşyanın,  hansı yolla Fransaya gəlib çıxdığı dəqiq məlum deyil. Ehtimallara görə, o 19-cu əsrin sonlarında fransalı tacirlər tərəfindən ölkəyə gətirilib.

Qeyd  edək  ki,  güldanın  üzərində 1730-1795-ci illər  arasında Çində  hökm  sürən imperator Qianlongın   möhürü  də  əks  edib.

 



Әlaqәli Xәbәrlәr