Rumıniya İşıq festivalında rəngli görüntülərə səhnə oldu

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan İşıq festivalı rəngli görüntülərə səhnə olub.

Rumıniya İşıq festivalında rəngli görüntülərə səhnə oldu

  Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan İşıq festivalı rəngli görüntülərə səhnə olub.

  Bu il 4-cüsü olan və 12-15 aprel tarixlərində keçirilən festivalda on minlərlə adam iştirak edib.

  Buxarestdəki Qələbə küçəsi nəqliyyata bağlandıqdan sonra 27 yerdə işıq şouları keçirildi və bu, izləyənlərdə vizual bir xoşluq yaratdı.

  Paytaxtın tarixi binalarının - teatr, muzey və nazirlik binaları üzərində göz qamaşdıran görüntülər meydana gəlmişdi.

  Lazer işıqlarına bürünən festivala müxtəlif ölkələrdən onlarla sənətkar gələrək onlarla tamaşa və konsert proqramlarıyla insanlara əyləncəli saatlar bəxş etdi.  

  Rumıniyada İşıq festivalı 2015-ci ildən bəri keçirilir.



Әlaqәli Xәbәrlәr