25-ci İzmir Avropa Caz Festivalı, 3-22 Mart tarixlərində keçiriləcək

İzmir Avropa Caz Festivalı İdarə heyətinin Başçısı Filiz Eczacıbaşı Sarper, festival sərhədlər xaricindəki əlaqələrin inkişafının bariz nümunəsidir deyib.

911929
25-ci İzmir Avropa Caz Festivalı, 3-22 Mart tarixlərində keçiriləcək

İzmir Mədəniyyət, İncəsənət və Təhsil Vəqfi tərəfindən təşkil edilən İzmir Avropa Caz Festivalı İdarə heyətinin Başçısı Filiz Eczacıbaşı Sarper, festival sərhədlər xaricindəki əlaqələrin inkişafının bariz nümunəsidir deyib.

Sarperin məlumatına görə festival 3 Martda start götürəcək. Proqram çərçivəsində 11 konsert, 2 sərgi, seminar və film nümayişi başda olmaqla müxtəlif tədbirlir təşkil ediləcək. Təqdimat konsertini Emin Fındıkoğlu və onun başçılğındakı qrup verəcək. Festival 22 Marta qədər davam edəcək.

İzmir Mədəniyyət və Turizm Müdiri Murat Karaçanta da, xüsusi tədbirlər çərçivəsində təşkil edilən festivalın İzmir şəhərinin təqdimatına güçlü töhvə verəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr