İnsanlar bu gəmini görəndə Mustafa Kamal Atatürkün o məşhur sözünü xatırlayacaq

Ulu öndər Atatürkün “Gəldikləri kimi gedərlər” deyərək Qurtuluş müharibəsinin ilk siqnalını verdiyi “Qartal”  buxarlı gəmisi təmir ediləcək.

İnsanlar bu gəmini görəndə Mustafa Kamal Atatürkün o məşhur sözünü xatırlayacaq

Ulu öndər Atatürkün “Gəldikləri kimi gedərlər” deyərək Qurtuluş müharibəsinin ilk siqnalını verdiyi “Qartal”  buxarlı gəmisi təmir ediləcək.

Qartal buxarlı gəmisini bərpa etmə və yaşatma platforması “Qartal” gəmisinin tapılması və təmiri ilə əlaqəli olaraq Tuzla Çiçək Tərsanəsində mətbuat konfransı keçirildi.

Platformanın sədri təqaüdçü admiral Cəm Gürdəniz gəminin İstanbulun işğalı zamanı fransız qüvvələrinin nəzarətində olduğunu, işğaldan sonra millîləşdirilərək “Qartal” adının qoyulduğunu söyləyib.

Gürdəniz Atatürkün “Ümidsiz durumlar yoxdur, ümidsiz insanlar vardır” sözünü xatırladaraq deyib ki, Atatürkün 20 dəqiqə, yarım saat üçün mindiyi gəmi Türk dənizcilik tarixi baxımından böyük əhəmiyyətə malikdir, amma bu gəmiyə əsas dəyər qazandıran “Gəldikləri kimi gədərlər” sözünün o ümidsiz, o ən qaranlıq gündə səsləndirilməsidir. Atatürk heç vaxt ümidsiz olmadı və ən ümidli olduğu anda da bu sözləri dilə gətirdi.

Gəminin metallurgiya baxımından ömrünün bitməsindən sonra Tuzla sahillərində yarı batmış şəkildə bütün mühərrikləri çıxarılmış olaraq tapıldığını deyən Gürdəniz bildirib ki, aparılan araşdırmalar nəticəsində gəminin tarixini gün işığına çıxardıq və Mustafa Kamalın o məşhur sözünü söylədiyi gəmi olduğunu gördük. Bu gəmi təmir etdirilərək bir simvol kimi nümayişə qoyulacaq.  Türk xalqı bu gəmini hər göndüyündə “Gəldikləri kimi gedərlər “ sözünü xatırlamalı və əsla ümidsiz olmamalıdır.



Әlaqәli Xәbәrlәr