“Tramp saatı” dayandımı Trampın dövrü də dayanacaq

“Məqsədimiz prezident Donald Trampa qalan vəzifə müddətini xatırlatmaqdır. İnsanların bir çoxu səbirsizliklə Tramp dövrünün sona çatmasını gözləyir", B.Stosuy.

“Tramp saatı” dayandımı Trampın dövrü də dayanacaq

  Amerika Birləşmiş Ştatlarında “The Creative Independent” müstəqil sənət qrubu Nyu-York şəhərinin Queens sahilindəki binaya qırmızı rəngdə böyük bir “Tramp saatı” asıblar.

  Saatın yaradıcısı sənət qrupunun redaktoru Brandon Stosuy bu barədə deyib: “Məqsədimiz prezident Donald Trampa qalan vəzifə müddətini xatırlatmaqdır. İnsanların bir çoxu səbirsizliklə Tramp dövrünün sona çatmasını gözləyir."

  Nəhəng saatın geri sayımı 20 yanvarda ABŞ prezidenti Donald Trampın səlahiyyət müddəti bitincə dayanacaq.



Әlaqәli Xәbәrlәr