Rəngli qarğıdalılar da süni deyil

Türkiyənin Aksaray rayonunda 12 ildir kənd təsərrüfatı ilə məşğul olan Halis Katmanın Amerika Birləşmiş Ştatlarından xobbi məqsədilə gətirdiyi toxumlar rəngarəng qarğıdalılara dönərək ölkə içi və xaricindən maraq çəkməyə başlayıb.

Rəngli qarğıdalılar da süni deyil

  H.Katman ABŞ-dan gətirdiyi toxumlarla yetişdirdiyi rəngli qarğıdalıların ilk biçinini edib. 

  500 kvadratmetrlik həyətində sarı, mavi, çəhrayı, qırmızı və narıncı kimi qarışıq rənglərdə qarğıdalı yetişdirib. Mediada əks olunması ilə istehsalına ölkə işi və xaricindən sifarişlər gəlməyə başlayıb.

  Halis Katman bu günə qədər təxminən 200 istehsalçıya rəngli qarğıdalı toxumu göndərdiyini bildirib.

  H.Katman bu barədə deyib: “İnsanlar məndən tez-tez qarğıdalının doğrudan təbii və ya süni olması barədə soruşurlar. Əkməzdən əvvəl mən Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin İstanbul Ərzaq Nəzarəti Laboratoriya İdarəsinə hər birindən 2 cüt olmaqla 10 rəng qarğıdalı nümunəsi göndərdim. Nümunələrin analizi nəticəsində qarğıdalının tamamilə təbii olması və insan sağlamlığına zərər vermədiyinə dair sənəd aldım".



Әlaqәli Xәbәrlәr