Qanları qarışıq - metis aktrisalar

Metis olub gözəl olmayan adam az tapılar. İki tərəfin mükəmməl gözəllikləri birləşərək yeni həyat yaranır. Məsələn, dünyanın bir çox aktyor və aktrisalarına nəzər salaq.

Qanları qarışıq - metis aktrisalar

  Türkiyəli aktrisa, fotomodel və maneken Selma Ergecin anası alman tibb bacısı, atası türk həkim olub. 1978-ci ildə Almaniyada doğulub. Bir bacısı, bir qardaşı var. Televiziya serialları və kinolarda çəkilir, mankenlik edir, profesional kaman ifaçısıdır.  

 

 

  Ancelina Colinin kökündə xeyli qarışıq var: amerikalı, alman, slovak, holland. 1975-ci ilin 4 aprelində Los Alcelesdə doğulub. Ata və anası aktyor olub. 14 yaşından modellik həyatına addım atan gənc qız Los Anceles, Nyu York və Londonda podiumlara çıxıb. Hal-hazırda Amerika aktrisası və BMT-nin sülhməramlı elçisidir.

 

 

Türkiyəli aktrisa Leyla Lydia Tuğutlunun anası alman, atası türk soyludur. 1989-cu ilin 29 aprelində Berlində doğulub. Musiqi təhsili var, film və seriallarda çəkilir.

 

 

  Amerikalı aktrisa və müğənni Vanessa Hudqensın gözəlliyi Filippin, Çin, Amerika və İrlandiya qarışığından formalaşıb. 1988-ci ilin 14 dekabrında ABŞ-ın Kaliforniya ştatında dünyaya gəlib. 

 

 

  Amerikalı müğənni, şair, bəstəkar və aktrisa Alisia Keysin (Alicia Augello-Cook) də qarışığı çoxdur; Qafqaz, İtaliya, İngiltərə, İrlandiya, Afro-Amerika və Şotlandiya.

 

 

  Braziliyalı maneken Adriana Limanın da gözəlliyində müxtəlif qitə və diyarlardan əkilmiş toxumlar var: Afrika, Braziliya, Portuqaliya və Çin. 1981-ci ildə dünyaya gəlib. 

 

 

  Almaniya və Türkiyə aktrisası Məryəm Uzerlinin isə anası Ursula alman, atası Hüseyn türkdür. 1983-cü ildə Almaniyanın Kassel şəhərində doğulub. İki qardaşı, bir bacısı var. Aktrisalıq fəaliyyətinə universiteti bitirdikdən sonra Berlində başlayıb.

 

 

  Türkiyə müğənnisi və mahnı şairi Atiyenin də gözəlliyi türk əsilli ata və holland əsilli anadan gəlir. 1988-ci ildə Almaniyanın Bremen şəhərində doğulub.

 

 

  Amerikalı aktrisa Naomi Kinqin anası Yamayka-Afrika, atası isə Çin-Jamayka qarışığıdır. ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində 1985-ci ildə dünyaya gəlib.

 

 

  Model, aparıcı və aktrisa Şəbnəm Schferin (Jennifer Simone Macide Şebnem Schäfer) isə atası alman, anası türkdür. 1984-cü ilin 6 fevralında Almaniyanın Frankfurt şəhərində doğulub.

 

 

  Amerikalı aktrisa Alexis Bledel iki latın kökündən gəlsə də, genlərində ingilis, alman və danimarkalı qanı axır (16.09.1981)

 

 

  Amerikalı model və aktrisa Olivia Munn (Lisa Munn) da metisdir. Çin və Qafqaz qarışığı var. ABŞ-ın Oklahoma ştatının eyniadlı şəhərində 1980-ci ilin 3 avqustunda dünyaya gəlib.

 

 

Türkiyənin gənc aktrisası Alina Pozun anası rus, atası türkdür. 1998-ci ilin 14 aprelində Rusiyanın paytaxtı Moskvada doğulub. Aktrisa həm də heyvan sevərliyi ilə rəğbət qazanır.

 

 

  Türkiyəli aktrisa Neslihan Atagül Doğulunun gözəlliyi şimaldan gəlir, anası belorus, atası çərkəzdir. İstandublda 192-ci ilin 20 avqustunda dünyaya gəlib.



Әlaqәli Xәbәrlәr