Dünyada 2,1 milyard insan təmiz su tapmır

Dünya Səhiyyə Təşkilatı  və UNİCEF tərəfindən birgə hazırlanan "İçməli su, sanitariya və gigiyena məsələsində irəliləyişlər: 2017" hesabatı yayıldı.

Dünyada 2,1 milyard insan təmiz su tapmır

 Dünya Səhiyyə Təşkilatı  və UNİCEF tərəfindən birgə hazırlanan "İçməli su, sanitariya və gigiyena məsələsində irəliləyişlər: 2017" hesabatı yayıldı.
 

Hesabatda dünyada 2,1 milyard insanın evində təmiz suya, 4,5 milyard insanın isə sanitariya  xidmətlərinə ehtiyacı olduğu bildirilir.
 
 Bir çox ev, məktəb və sağlamlıq kompleksində hələ də su və sabunun belə olmadığı vurğulanan hesabatda, bu vəziyyətin xüsusilə kiçik uşaqların sağlamlığını təhlükəyə atdığı qeyd olunur.
 
 Hesabatda təmiz su və gigiyena imkanı olmadığı üçün hər il beş yaşın altında olan 361 min uşağın ishaldan öldüyü bildirilir, qeyri-kafi gigiyenik təmizlik və çirkli suların vəba, dizenteriya, hepatit A və qarın yatalağı kimi yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu xatırladılır.
 
 Hesabatda Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesusun da fikirlərinə yer verilir. Baş direktor  təmiz su, sanitariya və gigiyenaya yalnız zənginlərə və şəhərlərdə yaşayanlara xas imtiyaz olmamalıdır. Bunlar insan sağlamlığı üçün təməl tələbatlardır. Bütün ölkələr vətəndaşlarına bu xidmətlərin təqdim olunmasının məsuliyyətini daşıyır" deyir.



Әlaqәli Xәbәrlәr