“Apollo” və “Artemis” rekord rəqəmə satıldı

İsveçrənin Cenevrə şəhərində keçirilən “Sotheby’s” Hərrac Evində satışa qoyulan almaz sırğalar rekord rəqəmə - 51 milyon dollara satıldı.

“Apollo” və “Artemis” rekord rəqəmə satıldı

  “Apollo” (mavi) və “Artemis” (çəhrayı) adları verilən ləl-cəvahirat 14,54 karat olub və Cənubi Afrikadan qüsursuz olaraq çıxarılıb.

  Alıcının kimliyi açıqlanmayıb, amma vergilər xaric “Apollo” üçün 37,5, “Artemis”ə isə 13,5 milyon dollar ödəyib. O, mavi sırğaya "Xəzan yarpaqları xatirəsi", çəhrayı sırğaya isə "Xəzan yarpaqları röyası" adlarıını verib.



Әlaqәli Xәbәrlәr