Avropa qocalır

Hər 20 avropalıdan birinin 80-dən çox yaşı var.

579605
Avropa qocalır

Avropa orta ömür müddətinin uzanması ilə qocalmağa davam edir.

Avropa İttifaqı ölkələrində yaşı 80-dən çox olanların sayı 26 milyon 761 min 655 oldu.

Aİ Statistika Ofisi (EUROSTAT) Beynəlxalq Ahıllar Günü münasibətilə Avropa İttifaqı ölkələrində yaşlı əhalinin 2015-ci ilə aid statistikasını açıqladı.

Əhalisinin ümumi sayı 510 milyon olan 28 Aİ ölkəsində yaşı 80-dən çox olan 26 milyon 761 min 655 insan yaşayır. Bunlardan üçdən ikisi qadındır.

Almaniyada 4 milyon 544 min 298, İtaliyada 3 milyon 977 min 449, Fransada 3 milyon 850 min 802, İngiltərədə  3 milyon 93 min 13 insan 80 yaş həddini keçmişdir.

2005-ci ildə bütün əhalisinin 0,04 %-nin 80 yaşdan yuxarı olduğu Aİ-də 2015-ci ildə bu nisbət 5,3 %-ə yüksəldi. Yəni hər 20 avropalıdan birinin 80-dən çox yaşı var.

Aİ-də ən çox ahıl əhaliyə malik ölkə 6,5 % ilə İtaliyadır. 

Bu nisbət Yunanıstanda 6,3 %, İspaniyada 5,9 %, Fransada 5,8 %-dir.

 

 

 



Әlaqәli Xәbәrlәr