Tarixdə baş verən bütün müharibələr bu xəritədə!

“WikiPedia ve DPpedia”-dan alınan məlumatların köməyilə dünya tarixində bu günə qədər baş verən bütün müharibələrin interaktif xəritəsi tərtib olunub.

446591
Tarixdə baş verən bütün müharibələr bu xəritədə!

Tarix boyunca müxtǝlif dövlətlǝr arasında saysız-hesabsız müharibələr baş verib. Bu müharibələr nəzərə alınaraq tərtib olunan xəritədə həm rəqəmlər həm də ərazilər dəqiqliklə qeyd olunub.

Eradan əvvəl 2500 ilindən etibarən bu günə qədər baş verən müharibələri rəng şkalasına görə kateqoriyaya ayıran tədqiqatçılar xəritəyə 8048 müharibə qeyd edib. Xəritəyə bu günə qədər baş vermiş kiçik miqyaslı 2567 müharibə də əlavə olunub.

“battles.nodegoat.net” internet saytına daxil olaraq seçdiyiniz müharibə haqqında dəqiq məlumatlar əldə edə bilərsiniz. Eyni zamanda seçdiyiniz müharibə haqqında internetdə olan linklər də sizə xronoloji məlumatlar təqdim edəcək.



Әlaqәli Xәbәrlәr