Oruc tutan şəxsə hansı əməllər qadağandır?

Bu əməllərin sayı 9-dur.

Oruc tutan şəxsə hansı əməllər qadağandır?

Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar: 

1. Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz. 
2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular. 
3. İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır. 
4. Hər cür qatı toz və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır. 
5. İnsan qəsdən qusarsa, orucu batil olar. əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur. 
6. Bədənə imalə etdirməklə oruc pozular. 
7. Kişi, yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Belə ki, oruc tutan şəxsin çöhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus paklıq qüslünü sübh azanına kimi yerinə yetirməsələr, həmin günün orucu batil sayılır. 
8. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batil olar. Çünki orucluq paklıq və Allah tabe olan adama isə yuxarıdakı əməllər yaraşmaz. 
9. Suya baş vurmaqla da oruc pozular. Diqqət yetirin ki, yalnız baş bütövlükdə suya batırılsa, oruc batil olar. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. 



Әlaqәli Xәbәrlәr