Türkiyənin ən böyük muzey kompleksini keçən il 200 mindən çox insan gəzdi

Şanlıurfa Muzey Kompleksində nümayiş etdirilən əsərlər xronoloji sırada, məxsus olduqları dövrlərlə əlaqədar vizual canlandırmalarla ziyarətçilərinə “ o dövrdə yaşadığı duyğusu” oyadır.

Türkiyənin ən böyük muzey kompleksini keçən il 200 mindən çox insan gəzdi

UNESCO-nun Dünya İrsi Siyahısındakı “tarixin sıfır nöqtəsi” olaraq səciyyələndirilən Türkiyənin Şanlıurfa vilayətinin ərazilərində yerləşən Göbəklitəpədən çıxarılan əsərlərin nümayiş etdirildiyi və “Türkiyənin ən böyük muzeyi” ünvanını malik Şanlıurfa Muzey Kompleksinə “Göbəklitəpə ili” münasibətilə maraq da artdı.

Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 2015-ci ildə ziyarətə açılan muzeydə çox sayda əsər nümayişdədir.

Balıklıgöl məntəqəsi yaxınlığındakı Şanlıurfa Muzey Kompleksində nümayiş etdirilən əsərlər xronoloji sırada, məxsus olduqları dövrlərlə əlaqədar vizual canlandırmalarla ziyarətçilərinə “ o dövrdə yaşadığı duyğusu” oyadır.

Yüzlərlə insan və heyvan fiqurunun olduğu oyma daşlar, qəbirlər və kitabələrin nümayiş olunduğu Arxeologiya muzeyi ziyarətçilərini tarixi proses içində səyahətə çıxarır.

Mədəniyyət və inanc turizminin önəmli şəhərlərindən sayılan Şanlıurfaya gedən yerli və əcnəbi turistlərin rəğbət göstərdiyi və nərdivanla qalxmadan 4,5 km yol qət edə biləcəyi Türkiyənin ən böyük muzey kompleksini keçən il 200 mindən çox insan gəzib.



Әlaqәli Xәbәrlәr