Mövlanə muzeyinde 500 illik bəzəklər ortaya çıxarıldı

Mövlanə Cəlaləddin Ruminin türbəsinin yerləşdiyi Konya şəhərindəki Mövlanə muzeyində davam edən təmirat işlərində Osmanlı padşahı II Bəyazidin çəkdirdiyi qələm işi, naxış və bəzəklər gün işığına çıxarıldı.

mevlana.jpg
Mevlana müzesi bulunan yeni eserler 6

Mövlanə Cəlaləddin Ruminin türbəsinin yerləşdiyi Konya şəhərindəki Mövlanə muzeyində davam edən təmirat işlərində Osmanlı padşahı II Bəyazidin çəkdirdiyi qələm işi, naxış və bəzəklər gün işığına çıxarıldı.

Yerli və əcnəbi minlərlə turistin gəzdiyi Mövlanə muzeyində Hz. Mövlanənin məftun olduğu Qübbə-i Hadranın (Yaşıl qübbə) daxili məkanı  qələmlə çəkilmiş bəzəklər, naxış və xəttlərdən təşkil tapıb.

Bəzəklərin təqribən 500 illik olduğu bildirilir.

Ortaya çıxan belə xoş bəzəklər bərpa işlərinin başa çatma prosesini ləngidir.  

Muzeyin ən çox diqqət çəkən bölmələrindən olan qübbənin daxili mənanında 16 iyunda başlanan bərpa işləri həssas şəkildə davam etdirilir.

80 faizi tamamlanan bərpa işlərinin mart ayının ortasında başa çatdırılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr