Çingiz Aytmatov Almaniyada yad edildi

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov anadan olmasının 90-cı ildönümündə Almaniyanın Köln şəhərində yad edildi.

1108349
Çingiz Aytmatov Almaniyada yad edildi

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov anadan olmasının 90-cı ildönümündə Almaniyanın Köln şəhərində yad edildi.
 
 Köln Yunus Əmrə İnstitutunda təşkil olunan yadetmə tədbirində iştirak edən jurnalist və yazıçı Urmtraud Quçke (Irmtraud Gutschke) Aytmatovun həyat və yaradıcılığından bəhs etdi.
 
 Humboldt Universitetində 1976-cı ildə "Çingiz Aytmatovun əsərlərində insan və təbiət"  mövzusunda müdafiə etdiyi dissertasiya işini də qeyd edən  Quçke Aytmatov ilə bu münasibətlə tanış olduğunu və  zaman içində yazııçı ilə arasında güclü dostluq bağı qurulduğunu söylədi.
 
 Türk dünyasının sevgi, özünü dərketmə, ədalət, məsuliyyət, vəfa kimi ortaq dəyərlərini əsərlərində əks etdirən Aytmatovun beynəlxalq səviyyədə məşhur olduğunu bildirən Quçke :"Aytmatov uzaq diyarlardan avropalılara göndərdiyi ismarışlarla bizə itirdiklərimizi xatırladır və unutduqlarımızı kəşf etdirir. Köklərini yaxşı bilənin gələcək haqqındakı görüşləri də aydın olur" dedi. 
 
 Köln Yunus Əmrə İnstitutun müdiri Yılmaz Bulud isə institutlarının eyni zamanda digər Türkdilli ölkələrin də təmsilçisi olduğunu deyərək: "2018-ci il Çingiz Aytmatovun 90-cı doğum və 10-cu ölüm ildönümünə təsadüf edir. İnstitutumuzun həyata keçirdiyi bu mənalı proqramla Türk dünyasının ortaq dəyəri olan Aytmatovu il başa çatmadan yad etdiyimiz üçün fəxr edirik" ifadələrini işlətdi.
 
 Proqramda  Aytmatovun "Cəmilə" adlı əsəri ilə Quçkenin yaxın zamanda çap olunan "Durnaların vədi- Aytmatovun dünyasına bir səfər" adlı kitablarından parçalar oxundu.



Әlaqәli Xәbәrlәr