XI Beynəlxalq TRT Sənədli Film müsabiqəsi elan olunub

XI Beynəlxalq TRT Sənədli Film Mükafatları Müsabiqəsinə müraciət üçün son gün 2019-cu ilin 25 yanvarıdır. İlkin nəticələr isə 8 martda açıqlanacaq.

1106286
XI Beynəlxalq TRT Sənədli Film müsabiqəsi elan olunub

  Türkiyə Radio Televiziya Qurumu TRT sənədli film növünün inkişafına və genişlənməsinə töhfə vermək, həvəskar və peşəkar yaradıcıları dəstəkləmək, müxtəlif ölkələrin sənədli film və yaradıcı heyətini tamaşaçılarla görüşdürmək üçün Beynəlxalq TRT Sənədli Film Mükafatları müsabiqəsini elan edib.

  2018-ci ildə 79 ölkədən 624 sənədli filmin nümayiş olunduğu Beynəlxalq TRT Sənədli Film Mükafatları müsabiqəsinə 2019-ci ildə də Türkiyə və xaricindən çox iştirakçının olması gözlənilir.

  XI Beynəlxalq TRT Sənədli Film Mükafatları Müsabiqəsinə müraciət üçün son gün 2019-cu ilin 25 yanvarıdır. İlkin nəticələr isə 8 martda açıqlanacaq.

  Finala düşən filmlərin nümayişi 25-30 aprel tarixləri arasındadır.  Rejissorlarının də iştirakı ilə göstəriləcək filmlər pulsuz və xalqa açıq olacaq.

  Nümayişlərlə bərabər keçiriləcək heyət qiymətləndirmələri nəticəsində müəyyənləşəcək adlar 29 aprel 2019-cu ildə mükafat mərasimi ilə təqdim ediləcək.

  Bu il Beynəlxalq TRT Sənədli Film Mükafatları çərçivəsində TRT Layihə Dəstək Müsabiqəsi də keçiriləcək. Müsabiqəyə yalnız ideya və süjet mərhələsində olan layihələr təqdim olunacaq.

  Beynəlxalq TRT Sənədli Film Mükafatları Müsabiqəsi hər kəsə açıq və pulsuzdur.

  TRT Proje Destek Yarışması’nda ödül alacak olan üç projeye de proje başına net 10.000 TL ödül verilecek.

  Ən yaxşı sənədli filmlərinin müəyyən olunacağı müsabiqədə

  • Milli Peşəkar Sənədli Film kateqoriyası birincisi 50.000 lirə,
  • Tələbə Filmləri kateqoriyası birincisi 25.000 lirə,
  • Beynəlxalq Müsabiqə birincisi isə 10.000 avro ilə mükafatlandırılacaq.

  Bu mükafatlarla yanaşı, hər kateqoriyada 2 xüsusi pul mükafatı da var.

  TRT Layihə Dəstək Müsabiqəsində mükafat alacaq olan üç layihəyə ayrı-ayrılıqda 10.000 TL mükafat veriləcək.

  Müsabiqənin təqvimi belədir:

Müraciətlərin başlanğıc tarixi: 23 noyabr 2018

Müraciətlərin son tarixi: 25 yanvar 2019

İlkin nəticələrinin açıqlanma tarixi: 8 mart 2019

Layihə Dəstək Müsabiqəsi başlanğıc tarixi: 27 aprel 2019

Layihə Dəstək Müsabiqəsi heyətinin qiymətləndirmə tarixi: 28 aprel 2019

Müsabiqə Filmləri Heyətinin qiymətləndirmə tarixi: 25-28 aprel arası 2019

Nəticələrin açıqlanması və mükafat mərasimi: 29 aprel 2019

  Mükafatlar aşağıdakılardır:

Milli Müsabiqə Peşəkar Kateqoriya üzrə

  • Ən Yaxşı Film Mükafatı: 50.000 TL,
  • Xüsusi Mükafat: 40.000 TL,
  • Xüsusi Mükafat: 30.000 TL.

Tələbə Filmləri Kateqoriyası üzrə

  • Ən Yaxşı Film Mükafatı: 25.000 TL,
  • Xüsusi Mükafat: 20.000 TL,
  • Xüsusi Mükafat: 15.000 TL

Beynəlxalq Müsabiqə Kateqoriyası üzrə

  • Ən Yaxşı Film Mükafatı: 10.000 avro,
  • Xüsusi Mükafat: 7.500 avro,
  • Xüsusi Mükafat: 5.000 avro.

Layihə Dəstək Müsabiqəsi üzrə 3 mükafat, hər biri 10.000 TL.



Әlaqәli Xәbәrlәr