Avstriyada ilk dəfə Türkiyə Filmləri Həftəsi

Avstriyanın paytaxtı Viyanada Yunis Əmrə İnstitutu tərəfindən təşkil edilən Türkiyə Filmləri Həftəsi çərçivəsində bir çox mükafatlı film göstərilir.

1106100
Avstriyada ilk dəfə Türkiyə Filmləri Həftəsi

  Vyanadakı Yunis Əmrə İnstitutunun direktoru Ayşe Yorulmaz verdiyi açıqlamada tədbir çərçivəsində beynəlxalq yarışlarda mükafatlara layiq görülmüş filmlərin göstəriləcəyini bildirib. O qeyd edib ki, Avstriyada belə bir tədbir ilk dəfə keçirilir. Bu da Türkiyə kinosu ilə tanış olmaq istəyən ölkə vətəndaşları üçün böyük fürsət hesab edilir.

  A.Yorulmaz əavə edib ki, tədbir 15 dekabra qədər davam edəcək.

  Göstərilən kinolar arasında rejissor Derviş Zaimin “Rüya”, Mustafa Karanın "Kalandar Soğuğu" və Səmih Kaplanoğlunun "Buğday” filmləri də var.



Әlaqәli Xәbәrlәr