"The Real Group" Türkiyədə ilk dəfə konsert verəcək

Dünyanın ən yaxşı 10 A Kapella qrupundan biri olaraq qəbul edilən 35 illik "The Real Group" Türkiyədə ilk dəfə konsert verəcək.

"The Real Group" Türkiyədə ilk dəfə konsert verəcək

Dünyanın ən yaxşı 10 A Kapella qrupundan biri olaraq qəbul edilən 35 illik "The Real Group" Türkiyədə ilk dəfə konsert verəcək.
 
 Məşhur qrup konsertlərini dekabrın 19-də İzmirdə Olten Filarmoniya Orkestri ilə Adnan Sayqun Sənət Mərkəzində, dekabrın 20-də isə Orfeon Kamera Xorunun qonaq olduğu konsert ilə Ankarada MEB Şura Salonunda həyata keçirəcək.
 
 Xor musiqisinin əhəmiyyətli adlarından Erik Eriksonun 5 istedadlı tələbəsinin 1984-cü ildə Stokholmda yaratdığı qrup heç bir musiqi alətindən istifadə etmədən yalnız səsləri ilə ifa etdikləri musiqilərlə, caz, pop və xalq musiqisini qarışdıraraq, müasir A Kapellanın məhək daşlarından biri oldu.
 
Qrup özünəməxsus bəstələri ilə yanaşı, bir çox tanınmış əsəri səsləndirərək, hər  gün daha geniş musiqisevər kütləsinə çatdırmağı hədəfləyir.



Әlaqәli Xәbәrlәr