Slovakiyada Osmanlı dövrünə məxsus əsərlər tapıldı

Slovakiyanın Filakovo şəhərində yerləşən qalada aparılan arxeoloji qazıntılarda Osmanlı dövrünə məxsus əsərlər gün işığına çıxdı.

Slovakiyada Osmanlı dövrünə məxsus əsərlər tapıldı

Slovakiyanın Filakovo şəhərində yerləşən qalada aparılan arxeoloji qazıntılarda Osmanlı dövrünə məxsus əsərlər gün işığına çıxdı.

Slovakiya xəbər agentliyinin məlumatına əsasən, bir dövr Osmanlı İmperiyasının hissəsi olan Filakovo şəhərindəki qalada aparılan qazıntı fəaliyyətlərində 16 və 17-ci əsrlərdə məxsus müxtəlif tarixi əsərlər tapıldı.

Qala muzəyinin müdiri Viktoriya Titonova təşkil etdiyi mətbuat konfransında qalanın dörd bölgəsində aparılan qazıntı fəaliyyətlərində müxtəlif keramika parçaları, gümüş pullar və bıçaqlar tapıldığını söyləyib.

Fəaliyyətlər zamanı Osmanlı dövrünə məxsus bəzi əsərlərin də olduğuna diqqət çəkən Tittonova “Qazıntı fəaliyyətlərində ən maraqlı tapıntı isə şiə məzhəbinə məxsus gildən düzəldilmiş və namaz qılarkən alınlarını qoyduqları “namaz daşı”dır. Bu əsər Filakovonun 16-cı və 17-ci əsərlərdə Osmanlı İmperiyasının bir hissəsi olduğu dövrə məxsusdur” deyə söyləyib.



Әlaqәli Xәbәrlәr