Göyçayda keçirilən XIII Nar fəstivalı

Azərbaycan dünya nar istehsalında ilk 10 ölkə arasındadır və nar ölkədə meyvələrin kralı kimi adlandırılır.

Göyçayda keçirilən XIII Nar fəstivalı

Azərbaycan torpaqları, mülayim iqlimdə yetişən nar üçün çox əlverişlidir.  Vəziyyət belə olduqda Azərbaycan dünya nar istehsalında ilk 10 ölkə arasındadır və nar ölkədə meyvələrin kralı kimi adlandırılır.

TRT-nin Bakı Nümayəndəliyinin müxbiri Fateh Avanos xəbər verir ki, Azərbaycanın simvollarından biri də heç şübhə yoxdur ki, nardır. 30 dəyişik növ narın yetişdiyi Göyçayda hər il nar fəstivalı keçirilir. Bu il XIII keçirilən fəstival dünya şöhrətli festivalarla yarışacaq səviyyədədir. Şəhərin hər tərəfi Nar və simvolları ilə bəzənir, mahnılar, şerlər nardan gedir. Rəqslər və atlıların paradı tam mənası ilə festival havasındadır. Azərbaycanda ən gözəl Narın Azərbaycanda yetişdiyinə inanılır. Burada yetişdirilən narlar dünya bazarına çatdırılır. Müxtəlif şəhərlərdən gələn Azərbaycanlılar da ilk planda Göyçay narına üstünlük verir. Festivala qonşu ölkələrdən gələnlərin sayı da xeyli çoxdur. Onlar nara olan məhəbbətlərinə və fəstivalda iştirak etmək istədiklərinə görə gəldiklərini deyirlər.

Göyçaydakı festival dünya şöhrətli festivallarla eyni atmosferə sahibdir. Festivala qonşu ölkələrdən də böyük rəğbət göstərilir.


Etiketlәr: nar festivalı , Göyçay

Әlaqәli Xәbәrlәr