Prezidentliyin Simfoniya Orkestri 2018-2019-cu il konsert mövsümünü açdı

Prezidentliyin Simfoniya Orkestrinin 2018-2019 konsert mövsümü Ankarada Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzindəki xüsusi konsertlə start götürdü.

1066707
Prezidentliyin Simfoniya Orkestri 2018-2019-cu il konsert mövsümünü açdı

Prezidentliyin Simfoniya Orkestrinin 2018-2019 konsert mövsümü Ankarada Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzindəki xüsusi konsertlə start götürdü.

Prezidentliyin Simfoniya Orkestri tərəfindən ilk dəfə Prezident iqamətgahında keçirilən konsertdə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və prezidentin müavini Fuad Oktayla yanaşı nazirlər və  komandanlar da iştirak edib.

Konsertin axırında səhnəyə çıxaraq sənətçiləri təbrik edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım prezidentin işlərinə görə konsertə çata bilmədiyini, son anda gəldiyini, amma sənətçilərin diqqətinin yayınmaması üçün salona girmədiyini deyib və sənətçiləri gözəl konsertə görə təbrik edib, gözəl mövsüm keçirmələrini diləyib.

Digər tərəfdən prezidentin “twitter” hesabında konsert canlı olaraq yayımlanıb. Canlı yayımda təqribən min tamaşaçı qatılıb.

Rəngim Gökmən dirijorluğu altındakı konsertdə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət xoru ilə yanaşı Dövlət Opera və Baletinin solistləri soprano Görkəm Əzgi Yıldırım,  tenor Bülənd Bəzdüz və gitaraçı Zəfər Ərdaş solist kimi yer alıb.

Konsertdə Nəşət Ərtaşın “Zahidəm”, Adnan Saygunun “Yunus Əmrə oratoriyası” kimi Türk musiqisi tarixinin müxtəlif əsərləri səsləndirilib.



Әlaqәli Xәbәrlәr