Yaponiyanın mәşhur  Masa-Daiko qrupu  Nevşehirdә konsert verdi

Yaponiyanın mәşhur  Masa-Daiko qrupu  Türkiyәnin Nevşehir Hacı Bektaş Universitetindә konsert verib.

Yaponiyanın mәşhur  Masa-Daiko qrupu  Nevşehirdә konsert verdi

Yaponiyanın mәşhur  Masa-Daiko qrupu  Türkiyәnin Nevşehir Hacı Bektaş Universitetindә konsert proqramı ilə çıxış edib.

Yaponiyanın Ankaradakı  səfirliyinin tәşkilatçılığı ilә  "2018 Yaponiya Payız Festivalı" çərçivəsində  keçirilәn konsert   NEVÜ Mədəniyyət və Konqres Mərkəzində baş tutub.

Masa-Daiko qrupunun   nümayiş etdirdiyi xoreoqrafiya  vә şousu tamaşaçıların ruhunu oxşayıb.

Təxminən iki saat davam edən konsertdәn sonra  rektor müavinləri professor Ərdoğan Çiçək və professor Fatma Karipcin tərəfindən qrup üzvlərinə plaket təqdim olunub.

NEVÜ Yapon Mədəniyyət Klubunun prezidenti Gül Varoğlu  Masa-Daiko qrupunun  ilk konsertini Nevşehirdә verdiyini vә növbәti konsertlәrin Kırşehir vә Ankarada baş tutacağını bildirib.



Әlaqәli Xәbәrlәr