Troya muzeyi açıldı

Türkiyənin Çanaqqala rayonunda 5 min illik keçmişə malik Troya antik şəhərində tikintisi tamamlanan Troya muzeyi qonaqların üzünə açıldı.

Troya muzeyi açıldı

  Türkiyənin Çanaqqala rayonunda 5 min illik keçmişə malik Troya antik şəhərində tikintisi tamamlanan Troya muzeyi qonaqların üzünə açıldı.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yarışma ilə təyin olunan layihə çərçivəsində açılan, tikintisinə 2014-cü ildə başlanılan Troya muzeyinin tikintisi bu il başa çatıb.

  Çanaqqalanın Tevfikiye kəndi içində yerləşən, hər il 500 mindən artıq adamın gəldiyi Troya antik şəhərindəki muzeyin rəsmi açılışı üçün Arxeologiya muzeyində olan əsərlərin nəql əməliyyatları həyata keçirilib. Rayon mərkəzindəki muzeydən daşınan eksponatlar burada mütəxəssis personal tərəfindən təsnif edilib, hazırlanan yeni yerlərinə yerləşdirilib.

  Dəyəri 75 milyon lirə olan, təxminən 3 min kvadratmetrlik sərgi salonu və 12 min 750 kvadratmetr qapalı sahədən ibarət muzeyin rəsmi açılışı ərəfəsində qonaqlar muzeyi 10 gün pulsuz gəzə biləcək.



Әlaqәli Xәbәrlәr