“Məni tərk etmə” Oskara namizəd oldu

Boşnak rejissoru Aida Baqiçin "Məni tərk etmə" filmi Bosniya və Herseqovina adından Oskara namizəd göstərilib.

“Məni tərk etmə” Oskara namizəd oldu

Bosniya və Herseqovina Film İstehsalçıları Birliyindən yayılan yazılı məlumatda bildirilib ki, 24 fevral 2019-da 91-cisi təşkil ediləcək Oskar Akademiya Mükafatları yarışında "Məni tərk etmə” filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə Bosniya və Herseqovinanı təmsil edəcək.

54-cü Beynəlxalq Antalya Film Festivalında ilk dəfə göstərilən filmin mövzusunu Suriyadakı vəziyyət və qaçqın uşaqların məruz qaldıqları hadisələr təşkil edir.

"Məni tərk etmə” filmi 2018-ci ildə keçirilən 24-cü Saraybosna Film Festivalında da nümayiş olunub.

 



Әlaqәli Xәbәrlәr