Beynəlxalq Sənədli Film Festivalının münsiflər heyətinə azərbaycanlı rejissor rəhbərlik etdi

Türkiyədə keçirilən Beynəlxalq Sənədli Film Festivalının münsiflər heyətinə azərbaycanlı rejissor rəhbərlik etdi.

safranbolu.jpg
safranbolu.jpg
safranbolu 2.jpg
Yoruk-Koyu-Safranbolu.jpg
safranbolu.jpg
Karabük - Safranbolu.jpg

Türkiyənin ən gözəl guşələrindən biri olan Safranboluda bu il keçirilən 19-cu Beynəlxalq Sənədli Film Festivalı başa çatdı.

Bu ilki festival da, ənənələrə uyğun olaraq festivalın iştirakçıları, tanınmış sənətçilər, ictimaiyyətin nümayəndələrinin də qatıldığı kortejin Safranbolunun mərkəzindən keçməsi ilə başladı.

Açılış mərasimində çıxış edən Safranbolu rayonunun rəhbəri Fatih Ürkmezer Beynəlxalq Sənədli Film Festivalının miqyasının ilbəil genişləndiyini bildirdi. Builki festivalda “Məhəllə mədəniyyəti” mövzusu diqqət mərkəzində oldu. Məhəllə mədəniyyətinin televiziyada öz əksini tapması mövzusuna həsr olunmuş paneldə vaxtı ilə Türkiyədə çox populyar olan serialların tanınmış aktyorları məhəllə mədəniyyətinin qorunmasının əhəmiyyətini qeyd etdilər.

Nüfuzlu jürinin qərarı ilə müxtəlif nominasiyalarda müəyyən edilən qaliblərin adı açıqlandı.

Builki festivalda Azərbaycanı təmsil edən filmlər qaliblər arasında olmasa da, festivalın münsiflər heyətinə azərbaycanlı rejissor və prodüser Nadir Maçanov rəhbərlik etdi.

19-cu Safranbolu Beynəlxalq Sənədli Film Festivalı fəxri mükafatların təqdim edilməsi ilə yekunlaşdı.



Әlaqәli Xәbәrlәr