• Video Qalereya

"Anadolu Atəşi" Kapadokyada konsert proqramı ilə çıxış etdi

Türkiyənin  "Anadolu Atəşi" rəqs ansamblı Kapadokya bökgəsindəki pəribacaları arasında rəqslər nümayiş etdirdi.

"Anadolu Atəşi"  Kapadokyada konsert proqramı ilə çıxış etdi

Türkiyədə, Nevşehrin Göreme rayonunda Pərili Ozanlar Vadisindəki tədbirdə "Anadolu Atəşi" rəqs ansamblı ənənəvi musiqilərin müşayiəti ilə rəqslər nümayiş etdirdi.

Mustafa Ərdoğan tərəfindən hazırlanan proqramda pəribacalarında müxtəlif motivlərin görüntüsü əks etdirildi.

Tədbir turistlərin də böyük marağına səbəb oldu.

Mustafa Ərdoğan konsert proqramı barəsində bunları söylədi: "Dünyanın fərqli yerlərində bu proqramla çıxış edirik. Ölkəmizdə də Kapadokya kimi bir xəzinə var. Bura mədəni turizmin paytaxtı sayıla biləcək bir yerdir. Kapadokyadakı proqramımız hər həftə sonu olmaqla, oktyabr ayının sonunadək davam edəcək. Baharda isə yenidən başlamağı düşünürük. Çində hər il bir neçə ay davam edən qastrol konsertləri veririk. Kapadokyaya daha çox çinli turistlər gəlir və onların "Anadolu Atəşi"ni çox sevdikləri Kapadokyada izləmə imkanı olur".

 

 



Әlaqәli Xәbәrlәr