Üç səmavi din və 6 fərqli məzhəb dünyaya ilahiylə səslənir

Səsləndirdiyi türk, ərəb, ingilis, roman və çərkəs dillərində ilahi və nəğmələrlə sülh və qardaşlığı təbliğ edən xor üzvləri 10 ildir 400 konsertdə çıxış edib.

Üç səmavi din və 6 fərqli məzhəb dünyaya ilahiylə səslənir

  Üç səmavi din və 6 fərqli məzhəbin nümayəndələrindən ibarət Antakya Mədəniyyətlər Xoru 29 sentyabrda Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçiriləcək Türk Festivalında konsert verəcək.

  Səsləndirdiyi türk, ərəb, ingilis, roman və çərkəs dillərində ilahi və nəğmələrlə sülh və qardaşlığı təbliğ edən xor üzvləri 10 ildir 400 konsertdə çıxış edib.

  Antakya Mədəniyyətlər Xoru Dərnəyinin sədri Yılmaz Özfırat deyir: “Vaşinqtondakı konsertdə insanlara bir arada yaşama mədəniyyətinin nümunəsini göstərərək dünyanın beşdən böyük olduğunu və ABŞ rəsmilərinə Türkiyənin sözünü dinləmələri üçün bir mesaj verməyi düşünürük. Türkiyəyə mənfi imic yaradılmasına qarşıyıq. Bu ölkədə hamı bir arada yaşayır, hər kəs öz dinini, ilahisini, nəğməsini sərbəst söyləyə bilir… Keçən il (2017) Qüdsdə bir konsert verdik, həm israillilərin, həm də fələstinlilərin bir araya gəlməsinə vəsilə olduq. Bununçün qürur duyuruq.”

  Y.Özfırat xorun tərkibilə də bağlı məlumat verir: “Antakya Mədəniyyətlər Xorunda keşiş, rahibə, molla, həkim, müəllim, vəkil, qısası, xalq arasından çıxan şəxsləri bir araya gəlib. Bu nümunəni hər kəsə təqdim etmək istəyirik. Xorun bazasında Müharibə Əlili Uşaqlar Xoru da fəaliyyət göstərir, əksəriyyəti suriyalı uşaqlardan ibarətdir. Əslində bu uşaq xoru ilə fərqli bir işə imza atmışıq. Bu uşaqlarının səsilə Brüsseldə yerləşən Avropa İttifaqı parlamentində də konsert verib dünyaya müharibənin dayandırılması üçün çağırış ilahiləri çatdırmaq istəyirik".



Әlaqәli Xәbәrlәr