İstanbulda ərəb dilində kitablardan ibarət beynəlxalq sərgi açıldı

Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan sərgi “Yeni bir dünya kəşf et” adı altında keçirilir.

İstanbulda ərəb dilində kitablardan ibarət beynəlxalq sərgi açıldı

İstanbulda ərəb dilindi kitablardan ibarət beynəlxalq sərgi açılıb.

Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan sərgi “Yeni bir dünya kəşf et” adı altında keçirilir.

Dördüncü dəfə təşkil olunan sərgidə bir sıra görüşlər keçiriləcək, qarşılıqlı əməkdaşlıq əlaqələri qurulacaq, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunacaq.

Sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan olmaqla 200-dən çox nəşriyyat və poliqrafiya şirkəti təmsil olunur. Sərgi sentyabrın 9-dək ziyarətçilər üçün açıq qalacaq.



Әlaqәli Xәbәrlәr