Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Məlumata görə, builki festivalda Türkiyə, Rusiya, ABŞ, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.

Festivalın təntənəli açılış mərasimi 18 sentyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək.

Mənbə: Trend informasiya agentliyi

Әlaqәli Xәbәrlәr