Sarayevo Film Festivalında Türkiyə rüzgarı

Sabah Bosniya və Herseqovinada 24-cü Sarayevo Film Festivalı  (SFF) başlayır.

Sarayevo Film Festivalında Türkiyə rüzgarı

Sabah Bosniya və Herseqovinada 24-cü Sarayevo Film Festivalı  (SFF) başlayır.

Bu il festivalda 56 ölkədən 266 film nümayiş etdiriləcək,  42 filmin isə premyerası olacaq.

Tarixi Milli Teatrda 17 avqusta qədər keçiriləcək festivala Türkiyədən çox sayda rejissor, ssenarist və prodüser qatılacaq.

Festivalda tanınmış ssenarist və rejissor Nuri Bilgü Ceylan həyəcanla gözlənilən qonaqlardan birirdir.

Festival çərçivəsində "Sarayevonun Qəlbi Həyat Boyu Uğur Mükafatı"nı alacaq Ceylanın "Ahlat Ağacı", "Bir zamanlar Anadoluda", "Qış Yuxusu", "May Sıxıntısı", "Uzaq İqlimlər" və "Qəsəbə" filmləri də kinosevərlərlə görüşəcək.

59 yaşlı rejissorun çəkdiyi fotolardan ibarət "Türkiyə Sinemaskop" adlı sərgi də Bosniya və Herseqovina İncəsənət Qalereyasında nümayiş olunacaq.

  Türkyəli rejissor Osman Nail Doğanın ilk uzunmetrajlı filmi "Göyərçin Oğruları" bu il festivalın ana kateqoriyasında müsabiqəyə girəcək.

"Sənədli Film" kateqoriyasında türkiyəli rejissor Didem Pekünün "Əraf" adlı sənədli filmi, "Qısametrajlı Film" kateqoriyasında  isə Gökçə Ərdəmin  "Titanyum" adlı filmləri müsabiqəyə girəcək.
 
 Festivalın açılışını rejissor Pavel Pavlikovskinin "Soyuq Müharibə (Cold Müharibə)" adlı filmi edəcək.

Dünya şöhrətli iranlı rejissor Əsgər Fərhadinin "Hər Kəs Bilir" (Everybody Knows) və amerikalı aktyor və prodüser Pol Danonun "Vəhşi Həyat" (Wildlife)" filmləri "Açıq Hava" adlı bölümdə tamaşaçı ilə görüşür.
 
 TRT-nin də sponsorları arasında olduğu festivalın əsas kateqoriyasında Türkiyə ilə bərabər Rumıniya, Macarıstan, Almaniya, Bolqarıstan, Xorvatiya və Serbiyadan 10 film iştirak edir.
 
  Festivalın ilki 27 oktyabr 1995-ci ildə keçirilib.
 
 Festival mühasirə altındakı Sarayevonun dünyaya açılan pəncərəsi olub.
 
 İlk festivalda 15 ölkədən 37 film göstərilib, festivalda təxminən 15 min insan iştirak edib.
 
 SFF  müharibənin sonlarına doğru  müqavimətin simvolu olub.
 
 İllər keçdikcə böyüyən festivalın qonaqları dünya şöhrətli Robert de Niro, Angelina Jolie, Brad Pitt, Emile Hirsch, Orlando Bloom, Daniel Craig, Morgan Feeeman, Darren Aronofsky, Kevin Spacey, Eric Cantona, Bono Vox Gerard Depardieu, John Malkovich ve Danny Glover olub.



Әlaqәli Xәbәrlәr