TRT World televiziya Oskarına namizəddir

TRT World əhəmiyyətli bir uğura da imza ataraq, ilk dəfə televiziya dünyasının Oskarı kimi tanınan Emmy mükafatına namizəd oldu.

TRT World televiziya Oskarına namizəddir

Türkiyənin ingilis dilli ilk xəbər kanalı TRT World xəbərçilik sahəsindəki uğurları ilə dünyaya səs salmağa davam edir.
 
Kanalın mükafat qazanmış  "Off the Grid" sənədli film silsiləsinin Orta Şərqdə qeyri-insani orqan ticarətindən bəhs edən "Səssiz Ölüm" adlı bölümü bu ilki Emmi mükafatı müsabiqəsində "Aktual Xəbər Proqramı "kateqoriyasında mükafata namizəd göstərildi.
 
 TRT World  bu kateqoriyada dünyanın ən nüfuzlu xəbər kanalları tərəfindən yayımlanan 7 fərqli filmlə yarışacaq.
 
 Mükafatvermə mərasimi oktyabrın 1-də Nyu-Yorkda keçiriləcək.
 
 "Səssiz Ölüm" sənədli filmi iyun ayında da İtaliyada keçirilən Beynəlxalq Araşdırmaçı Jurnalistika mükafatını qazanmışdı.
 
 Sənədli filmdə ailələrinə çörək aparmaq ümidi ilə orqanlarını satan qaçqınların  çətin vəziyyətindən həm əlillərin, həm də insan tacirlərinin dili ilə bəhs edilir.
 
 TRT World daha əvvəl də Türkiyə Silahlı Qüvvələrinin Suriyada terror təşkilatı DEAŞ-dan azad etdiyi bölgədəki həyatdan bəhs edən sənədli film çəkmiş və Dubayda keçirilən "BroadcastPro Orta Şərq Mükafatları" mərasimində "Ən Yaxşı İstehsal" mükafatına layiq görülmüşdü.



Әlaqәli Xәbәrlәr