• Video Qalereya

Kapadokyada yeraltı muzeyi

Türkiyənin önəmli turizm mərkəzlərindən Kapadokya bölgəsi dünyada misili olmayan qayaya oyulmuş təbii yeraltı muzeyinə qovuşur.

kapadokya peri bacaları konser
kapadokya.jpg
Kapadokya.jpg
Kapadokya 1.jpg

Türkiyənin önəmli turizm mərkəzlərindən Kapadokya bölgəsi dünyada misli olmayan qayaya oyulmuş təbii yeraltı muzeyinə qovuşur.

Avanos qəsəbəsi yaxınlığında, peribacaları arasında xidmət göstərəcək “Kapadokya muzeyi” milyonlarla il əvvəl Ərciyəs, Həsən dağı və Güllüdağın püskürdüyü lavaların yaratdığı tuf qaya zəmin oyularaq inşa edilir.

Mədəniyyət və Turizm Nazirliyinin tender prosesindən sonra yanvar ayında fəaliyyətlərin başlandığı muzey etnoqrafik və temalı əsərlərin nümayişilə gəzənlərə yer altındakı təbii mühitdə visual şənliklə Anadolunun tarixinə işıq tutacaq.

Üzərində endemik bitkilərin bitəcəyi təbii mühitə sahib, 50 min kvadratmetr açıq sahə, 7 min kvadratmetr üstüörtülü məkana sahib olacaq muzeydə 1500 kvadratmetr sərgi sahəsilə yanaşı məqsədyönlü  konfrans salonu, sənədli filmlərə baxılacaq otaqlar, uşaqlar üçün oyun atelyeləri və araşdırma mərkəzi olacaq.

Muzeyin müxtəlif ekipajlarla qayaların oyulması ilə inşaa edildiyi, Türkiyənin ən etibarlı, dünyanın isə nadir muzeyləri arasında yer alacağı qeyd olunur.  


Etiketlәr: muzey , peribacaları , Kapadokya

Әlaqәli Xәbәrlәr