Rusiyanın tanınmış yazıçısı vəfat edib

Sovet İttifaqı və Rusiyanın tanınmış yazıçısı Vladimir Voynoviç vəfat edib.

Rusiyanın tanınmış yazıçısı vəfat edib

Sovet İttifaqı və Rusiyanın tanınmış yazıçısı Vladimir Voynoviç vəfat edib.

 86 yaşlı V.Voynoviç ürək tutmasından ölüb.

Vladimir Voynoviç 1932-ci ildə Düşənbədə anadan olub. 1981-ci ildə V.Voynoviç dissident fəaliyyəti ilə əlaqədar SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə vətəndaşlıqdan məhrum edilib. 1981-1990 illərdə Almaniya Federativ Respublikası və ABŞ-da yaşayıb, “Azadlıq” radiostansiyası ilə əməkdaşlıq edib. 1990-cı ildə vətəndaşlığı bərpa edilən yazıçı vətəninə dönüb.

Onun ən məşhur əsəri 1969-1975-ci illərdə yazdığı "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi macəraları" trilogiyası olub.

 

Mənbə: APA



Әlaqәli Xәbәrlәr