• Video Qalereya

Şakira 12 ildən sonra ayın 12-də İstanbulda

Şakira 12 iyulda İstanbulda heyranları ilə görüşəcək.

Şakira 12 ildən sonra ayın 12-də İstanbulda

  Livan əsilli kolumbiyalı müğənni, mahnı şairi, rəqqas və aktrisa Şakira 12 iyulda İstanbulda heyranları ilə görüşəcək.

  Latın pop və rok musiqisinin önəmli adlarından olan sənətkar "El Dorado” dünya turu çərçivəsində İstanbulun Vodafone Parkında səhnəyə çıxacaq.

  Ailəsiylə birlikdə Türkiyəyə gələn müğənni 12 ildən sonra bir daha İstanbulda konsert verəcək.

  Sənətkar karyerası boyu "Waka Waka", "Whenever Wherever", "Loja" kimi dünyada məşhur olan mahnılarına görə 12 dəfə “Grammy” (Qremmi) mükafatını qazanıb.



Әlaqәli Xәbәrlәr