“The Walt Disney” “21st Century Fox”u aldı

Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi “The Walt Disney”ə “21st Century Fox”un bir hissəsini 71,3 milyard dollara alması üçün 22 regional idman kanalını satması şərti ilə icazə verib.

  Nazirlikdən verilən yazılı açıqlamada bildirilir: “Dünyanın ən böyük media və əyləncə şirkətlərindən olan “The Walt Disney” 22 regional idman kanalını satarsa, “21st Century Fox”a birləşə bilər. İki şirkət birləşər və sözügedən kanallar satılmazsa, idman proqramlarının qiymətləri artar. “The Walt Disney” bu şərti qəbul edib”.

  Şirkət təsdiqlənən 71,3 milyard dollarlıq satınalma çərçivəsində “21st Century Fox” film studiyalarının, “X-Men”, “Avatar”, “Simpsons” və “National Geographic” kimi mühüm istehsallarının yayım haqqlarına sahib olacaq.

 Bundan başqa, “21st Century Fox” onlayn televiziya şəbəkələrinin “Hulu” və “Sky”dakı 39 faizlik hissəsi “Walt Disney”in nəzarətinə keçəcək. “Fox News”, “Fox Business” və “Fox Spor” kanalları satınalmanın bir parçası olmadığından milyarder iş adamı Rupert Mardokun (Rupert Murdoch) sahibi olduğu “Fox Entertainment Group”u fəaliyyətin davam edəcək.

Әlaqәli Xәbәrlәr