"25-ci İstanbul Caz Festivalı", 26 İyunda öz işinə başlayacaq

İstanbul Mədəniyyət Sənət Vəqfinin (İMSV) ev sahibliyi edəcəyi tədbirə “26 İyunda "25-ci İldə Nəsillər Boyu Türkiyə cazı" açılış konsertiylə start veriləcək.

"25-ci İstanbul Caz Festivalı", 26 İyunda öz işinə başlayacaq

Konsert əvvəlində Nezih Yeşilnil, pianoçu və şərhçi Şövkət Uğurluer, ağız armonikası sənətçisi Əhməd Faiq Şənərə, "Həyat Boyu Müvəffəqiyyət Mükafatı" təqdim ediləcək.

Mükafat mərasimindən sonra başlayacaq konsertdə, 25 ildən bəri təşkil edilən festivala işıq tutan, Türkiyə caz səhnəsinin əhəmiyyətli solist və musiqi qrupları, Kamil Özlərin rəhbərlik etdiyi TRT Yüngül Musiqi və Caz Orkestrın müşayiətində müxtəlif əsərlər səsləndirəcək. Konsert ilə gələcək illərdə ənənəyə çevrilməsi planlaşdırılan xüsusi layihələrin həyata keçirilməsinə töhfə veriləcək.

Tədbir çərçivəsində 27 İyunda Uniq Açıq Hava səhnəsində Amerikalı caz sənətçisi Melody Gardot, İstanbul Mədəniyyət Sənət Vəqfində isə caz pianoçusu, bəstəkar, aranjimançı və prodüser Çağrı Sertel səhnədə olacaq. 17 İyula qədər davam edəcək olan festival çərçivəsində 27 məkanda, 250-dən çox yerli və xarici sənətçinin iştirakı ilə 50 konsert veriləcək.

 



Әlaqәli Xәbәrlәr