46-ci İstanbul Musiqi Festivalı başa çatdı

İstanbul Mədəniyyət Sənət Vəqfi tərəfindən təşkil olunan 46-cı İstanbul Musiqi Festivalı İngiltərənin Kamera Orkestrinin müşayiəti ilə keçirilən Güher və Süher Pekinel qardaşlarının konserti ilə başa çatdı.

46-ci İstanbul Musiqi Festivalı başa çatdı

 İstanbul Mədəniyyət Sənət Vəqfi tərəfindən təşkil olunan 46-cı İstanbul Musiqi Festivalı İngiltərənin Kamera Orkestrinin müşayiəti ilə keçirilən Güher və Süher Pekinel qardaşlarının konserti ilə başa çatdı.
 
 Lütfi Kırdar Konqres və Sərgi Sarayında Türkiyə İş Bankının dəstəyi ilə həyata keçirilən konsertə Gerard Schwarz dirijorluq etdi.
 
 Təxminən 2 saat davam edən konsertdə Güher və Süher Pekinel qardaşları Sergey Prokofiev, Fransic Poulenc, Antonin Dvorak və Lüdviq van Bethovenın əsərlərini səsləndirdilər.
 
 İlk konsertlərini 6 yaşında verən əkiz qardaşlar təhsillərinə Paris Konservatoriyasında  və Frankfurt Musiqi Akademiyasında alıblar.
 
Qardaşlar daha sonra təhsillərini usta pianoçu Rudolf Serkin ilə "Philadelphia Curtis" Musiqi İnstitutunda  davam etdiriblər.
 
 Claudio Arrau və Leon Fleisher kimi məşhur pianoçularla işləyərək magistratura təhsillərini Juilliard School və Frankfurt Musikhochschule-da akademik uğurla tamamlayan qardaşların beynəlxalq karyeraları Herbert von Karajanın onları1984-ci ildə Zalsburq Festivalına dəvət etməsi ilə yüksəldi
 
 Karyeraları ərzində çox sayda mükafata layiq görülən Pekinel qardaşları Avropa, Uzaq Şərq və ABŞ-da qastrollara çıxaraq konsertlər  veriblər.
 
 Güher və Süher Pekinel qardaşları, eyni zamanda, istedadlı uşaq və gənclərin inkişafına Avropa standartlarında kömək etmək və Türkiyədə musiqi təhsilini inkişaf etdirmək məqsədilə 3 təhsil layihəsini həyata keçirirlər.



Әlaqәli Xәbәrlәr