Astanada “Sənədlərlə Osmanlı Dövləti və Orta Asiya Xanlıqları münasibətləri” sərgisi açıldı

Qazaxıstanın paytaxtı Astanada “Sənədlərlə Osmanlı Dövləti və Orta Asiya Xanlıqları münasibətləri” sərgisi açılıb.

Astanada “Sənədlərlə Osmanlı Dövləti və Orta Asiya Xanlıqları münasibətləri” sərgisi açıldı

Qazaxıstanın paytaxtı Astanada “Sənədlərlə Osmanlı Dövləti və Orta Asiya Xanlıqları münasibətləri” sərgisi açılıb.

Dövlət Arxivləri Müdirliyi, Qazaxıstan Milli Muzeyi, Türkiyənin Astana Səfirliyi, Yunus Əmrə İnstitutu tərəfindən Astananın paytaxt elan edilməsinin 20 illiyi münasibətilə açılan sərginin açılışında Türkiyənin Astana səfiri Nevzat Uyanık, Dövlət Arxivlərinin baş direktoru Prof. Uğur Ünal və çox sayda dəvətli iştirak edib.

Sərgidə Osmanlı və Cümhuriyyət arxivlərindən Orta Asiya Xanlıqları ilə olan münasibətlər, siyasi mövzuda göndərilən məktublar, səfirliklərin hədiyyə təqdimatlarının aralarında olduğu 40-a yaxın sənəd nümunəsi nümayiş etdirilir.

Səfir Nevzat Uyanık çıxışında Türkiyənin ortaq dil, din, tarix və mədəniyyə sahib ölkələrlə olan əlaqələrinin inkişafından duyduğu məmnunluğu dilə gətirib.

Ünal da İstanbuldakı Osmanlı arxivində təqribən 95 milyon sənəd və 400 min dəftərin, Ankaradakı arxivdə isə 35 milyon sənəd və 95 min dəftərin olduğunu deyib.

Astana Yunus Əmrə Türk Mədəniyyəti Mərkəzi adından çıxış edən Almagül İsina da sərginin ikitərəfli mədəniyyət əlaqələrinin inkişafına önəmli töhfəsinin olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr