• Video Qalereya

Görkəmli ədəbiyyatşünas alimin yubileyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusiflinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Görkəmli ədəbiyyatşünas alimin yubileyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusiflinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

AYB-in sədri, Xalq Yazıçısı Anar Vaqif Yusiflinin zəngin yaradıcılıq yolundan, yüksək insani keyfiyyətlərindən söz açıb.

Xalq Yazıçısı bildirib ki, V.Yusiflinin yubiley tədbirinin daha böyük zallarda keçirilməsi təklif olunsa da, yubilyar özü təvazökarlıqla buna razı olmayıb. Bu da onun xarakterindəki sadəlikdən irəli gəlir. AYB sədri çıxışında, həmçinin tənqidçi-alimin zəhmətkeşliyindən, çoxşaxəli fəaliyyətindən söz açıb, onun gənclər üçün bir örnək olduğunu söyləyib.

Çıxışından sonra yazıçı AYB kollektivi adından yubilyara hədiyyə və diplom təqdim edib.

AYB-nin birinci katibi, Xalq Şairi Fikrət Qoca, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, “Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva, şairlər Firuzə Məmmədli, Məmməd Oruc, Qəşəm Nəcəfzadə və başqaları V.Yusiflinin Azərbaycan ədəbi mühitindəki rolundan söz açıb, onu yubileyi münasibətilə təbrik edərək cansağlığı və yaradıcılıq uğurları arzulayıblar.

Sonda yubilyar çıxış edərək ona göstərilən diqqət və qayğıya görə doğma kollektivinə, qələm dostlarına öz təşəkkürünü bildirib.

 

 

Mənbə:



Әlaqәli Xәbәrlәr