21-ci Uçan Süpürgə sahiblərinə çatdı

Tədbirdə Uçan Süpürgə Şərəf mükafatına Türkiyə kinosunda 300-dən artıq filmə əmək verən aktrisa Nedret Güvenç layiq görülüb.

21-ci Uçan Süpürgə sahiblərinə çatdı

  21-ci Uçan Süpürgə Beynəlxalq Qadın Filmləri Festivalında Uçan Süpürgə Şərəf mükafatına kinoaktrisa Nedret Güvenç layiq görülüb.

  Festivalın açılış mərasimi Ankarada Karum Ticarət Mərkəzinin çəmənliyində olub.

  Tədbirdə Uçan Süpürgə Şərəf mükafatına Türkiyə kinosunda 300-dən artıq filmə əmək verən kinoaktyor Nedret Güvenç layiq görülüb.

 Rejissor Biket İlhan və aktyor İşık Yenersu "Müdrik Olgaç" uğur mükafatının sahibi olub. Mərasimə gələ bilməyən İ.Yenersunun adına mükafatı Gönül Orbey alıb.

  Gənc İfritə mükafatı (Genç Cadı Ödülü) isə Öykü Karayelə verilib.

  Filosof, tədqiqatçı, yazıcı, professor İoanna Kuçuradi “Ən yaxşı mətn” mükafatına layiq görülüb.

  Festival ərzində Almaniya, Əfqanıstan, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, İndoneziya, Fransa, İtaliya, İsveç, İsveçrə, İran, Norveç, Livan, Qətər, Tunis, Yunanıstan istehsalı olan 61 film göstəriləcək.  

  Sənətsevərlər kinoflmlərə Müasir İncəsənət Mərkəzi (Çağdaş Sanatlar Merkezi), Sehrli Fənər Kinoları (Büyülü Fener Sinemaları), Fransız Mədəniyyət Mərkəzi (Fransız Kültür Merkezi), Boğaziçi Universiteti (Boğaziçi Üniversitesi), Bilkent Universiteti (Bilkent Üniversitesi), Ankara Universiteti (Ankara Üniversitesi) və Başkent Universitetində (Başkent Üniversitesi) olacaq.

  Festival çərçivəsində 8 məkanda 17 tədbir keçiriləcək.

  İran kinosunun dünyaşöhrətli adı Raxşan Banetitemad (Rakhshan Banietemad) və Yeni Zelandiyanın eks baş naziri Elen Klark (Helen Clark) da festivalın qonaqlarıdır.

  Festival Türkiyə və xaricindən qadın prodüser və rejissorlar bir araya gələrək kino sektorunda görülməsi lazım olan işləri, perspektivləri müzakirə edəcək.



Әlaqәli Xәbәrlәr