Boston Türkiyə Film və Musiqi Festivalı başa çatdı

ABŞ-ın Boston şəhərində martın 22-dən start götürən XVII Bostan Türkiyə Film və Musiqi Festivalı filmlərin nümayişi, ssenari müəllifləri ilə söhbətlər, Türkiyə kinosu paneli və konsert proqramlarından sonra başa çatdı.

958328
Boston Türkiyə Film və Musiqi Festivalı başa çatdı

    Beynəlxalq İstanbul Film Festivalında "Ən yaxşı rejissor" mükafatına layiq görülmüş Tayfun Pirselimoğlunun “Yol kənarı” filmi ilə başlayan festival çərçivəsində bir çox Türkiyə kinoları Şimali Amerikada ilk dəfə nümayiş olundu.

  Festivalda “Kinoda mükəmməllik" mükafatı ssenarist, aktyor və rejissor Ercan Kesala Boston İncəsənətlər Muzeyində təşkil edilən mərasimdə təqdim edildi.

   Bundan başqa XII Boston Türkiyə Sənədli Film və Qısametrajlı Film müsabiqəsində mükafat qazanan filmlər də tədbirdə yer aldı və iştirak edən rejissorlara mükafatlar verildi.   

  Festival film nümayişlərindən sonra Boston Universiteti “Howard Thurman Center”ində təqdim edilən musiqi proqramları ilə davam edib.

  Festival Komitəsi elan edib ki, Boston Türkiyə Film və Müziqi Festivalı bir də gələn il 21 mart - 20 aprel tarixlərində keçiriləcək.



Әlaqәli Xәbәrlәr