Türkiyə, Azərbaycan və Yunanıstan müğənniləri eyni səhnədə "Sarı gəlin"i ifa etdilər

İstanbulda Camal Rəşid Rey Konsert Salonunun səhnəsində Türkiyə, Azərbaycan və Yunanıstan musiqiləri səsləndirildi.

sahdeniz projesi1.jpg

İstanbulda üç ölkənin musiqi mədəniyyətlərini eyni səhnədən təqdim edən "Şahdəniz" layihəsinin premyerası keçirildi.

Camal Rəşid Rey Konsert Salonunda keçirilən tədbirdə gənc yaşında Azərbaycanın əməkdar artisti olan Fərqanə Qasımova Yunanıstanın məşhur folk müğənnisi Sofiya Papazoglu və Türk musiqisi ifaçısı Mehtap Dəmir səhnəyə çıxdılar.

Konsertdə "Sarı gəlin" xalq mahnısı Türkiyə Türkcəsi, Azərbaycan və yunan dillərində ifa edidi.

Rembetiki filmindən məşhur "Kegome" mahnısı, İstanbul türküsü "Aman doktor", "Endim hovuz başına" və "Mavi muncuq" mahnıları 3 dildə səslndirildi.

Səlcuq Murad Qızılatəşin rejissoru olduğu layihənin ansamblında Göksəl Baktagir, Eyub Hamiş, Murad Süngü, Nikos Tatasapoulos, Zəki Vəliyev kimi istedadlı müsiqiçilər vardı.

 

 

 

 



Әlaqәli Xәbәrlәr