“TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi” çərçivəsində “Fotolarda 40 il” sərgisi

Cari il Bursa şəhərində keçiriləcək “TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi” çərçivəsində “Fotolarda 40 il” sərgisi açıldı.

23 nisan suriyeli çocuklar
Kazan_23 nisan
23 Nisan coşkuyla kutlandı.jpg

Cari il Bursa şəhərində keçiriləcək “TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi” çərçivəsində “Fotolarda 40 il” sərgisi açıldı.

Təyyarə Mədəniyyət Mərkəzindəki tədbirdə dövlət himninin səsləndirilməsindən sonra “23 Aprel Uşaq Şənliyi” tortu kəsilib.

Bursa valisi İzzədin Küçük etdiyi çıxışda Bursa xalqının 10 gün müddətində uşaqları qonaq edəcəyini söyləyib: “Şənliyin bizim şəhərdə keçirilməsindən dərin məmnunluq duyuruq. Dünyanın gözəl uşaqlarını şəhərimizdə qonaq edəcəyik. Yaxşı ki, şəhərimizə gəlibsiniz. 10 gün müddətində şəhərimizə gözəllik və sevinc qatacaqsınız. Bursalılar sizi məhəbbətlə qucaqlayacaq”. 

Tədbirdə çıxışlardan sonra 23 Aprel Şənliklərinin şəkillərindən ibarət “Fotolarda 40-cı İl” sərgisinin açılış mərasimi olub.

Tədbirdə TRT Baş deriktorunun müavini Zəki Çiftçi də qatılıb. 



Әlaqәli Xәbәrlәr