Beynəlxalq məişət əşyaları sərgisi çikaqoda öz işinə başlayıb

Amerika Birləşmiş Ştatlarının Çikaqo ştatında təşkil edilən Beynəlxalq Məişət Əşyaları Sərgisində Türk firmaların məhsullarına böyük maraq göstərilir.

Beynəlxalq məişət əşyaları sərgisi çikaqoda öz işinə başlayıb

Türkiyədən 20 firmanın qatıldığı sərgi, Şimali Amerikanın ən böyük konqres və sərgi mərkəzlərindən McCormick Placeda qapılarını şənbə günü ziyarətçilərə açıb.

4 gün davam edəcək olan və Dünyanın ən böyük tədbirləri arasında iştirak edən sərginin açılış mərasimində çıxış edən Türkiyənin Chicago baş konsulu Umut Acar, Türk firmalarının ABŞ bazarına marağının artdığını, bunui inkişaf etməkdə olan Türk-Amerika iqtisadi və ticarət əlaqələr baxımından ümid bəxş etdiyini vurğulayıb.

Qeyd edək ki, sərgidə təxminən 2 min 200 şirkətin məhsulları nümayiş etdirilir.

 

 



Әlaqәli Xәbәrlәr