Marcel Xəlifedən möhtəşəm konsert

Livanın tanınmış bəstəkarı, və ud sənətçisi Marcel Xəlife İstanbulda, Camal Resit Rey (CRR) Konsert Salonunda pərəstişkarları ilə görüşüb.

914961
Marcel Xəlifedən möhtəşəm konsert

Məşhur sənətçi, İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsi Mədəni Tədbirlər Müdirliyinin təşkilatçılığı ilə bu il 5-ci təşkil edilən “CRR Caz Şubatı” konsertləri çərçivəsində səhnədə olub.

Xəlifə iki saat davam edən konsertdən sonra verdiyi açıqlamada İstanbulda qıssa fasilələrlə konsertlər verdiyini xatırladıb və burdakı atmosfərin həmişə bayram əhval-ruhiyyədə olduğunu vurğulayıb.

Sənətçi özünü izləmək üçün Türklərdən başqa Fələstin, Livan, İraq və Suriya kimi ölkələrdən də gələnlər olduğunu, bunun da sevincini yaşadığını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr